“Milan” Konseysao ilə yollarını ayıracaq
“Milan”ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubu tərk edəcək.
TodayPress xəbər verir ki, klub rərbərliyi 2026-cı ilin yayına qədər müqaviləsi olan portuqaliyalı məşqçi ilə vaxtından əvvəl vidalaşacaq.
O, 2024-cü ilin dekabrında “Milan”a baş məşqçi təyin edilib.
Komanda onun rəhbərliyi altında meydana çıxdığı 24 oyunda 11 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 8 matçda isə məğlub olub.
Serxio Konseysaonun “Çelsi”dən icarəyə götürdüyü həmyerlisi Joao Feliks də komandanı tərk edəcək.
“Milan” A Seriyasında 33 oyundan sonra 51 xalla 9-cu pillədə qərarlaşıb.
Namiq HUN
tag: Milan,Konseysao,Liqa,Futbol,Todaypress.az,