Milan klubları ev oyunlarını ABŞ-də keçirə bilərlər

İdman

10.05.2025 14:02

11

İtaliyanın “Milan” və “İnter” klublarının ev oyunları ABŞ-də keçirilə bilər. 

TodayPress “Football Italia”ya istinadən xəbər verir ki, A Seriyasının prezidenti Etsio Maria Simonelli 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə “San Siro” stadionunun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-də keçirməsini təklif edib.   

Qurum rəhbəri bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 

Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını “San Siro”da keçirirlər.   

Namiq HUN

tag: Milan,Oyun,ABŞ,Klub,Todaypress.az,