“Milan” kapitanı ilə yollarını ayıracaq

İdman

26.02.2025 15:14

861

“Milan” klubunun kapitanı Teo Ernandes komandanı tərk etmək üzrədir.

TodayPress "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, müdafiəçi klubla yeni müqavilə ilə bağlı razılığa gəlməyib. 

Teo yeni sözləşmədə əvvəlkindən daha yüksək maaş tələb edib. “Milan” onun istədiyi məbləği ödəməyə hazır deyil. Buna görə də futbolçu yayda satışa çıxarılacaq. Ernandesin “Milan”la 2026-cı ilin iyununa qədər müqaviləsi var.

Teonun qardaşı Lukas Ernandesin çıxış etdiyi PSJ-yə keçəcəyi iddia olunur.

Qeyd edək ki, “rossenyerilər” Ernandesi 2019-cu ilin yayında “Real Madrid”dən transfer edib. Müdafiəçi cari mövsüm “qırmızı-qaralar”ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Milan,Teo Ernandes,Müdafiə,Futbol,Kapitan,todaypress.az,