“Milan” İtaliya Superkubokunu qazandı
İdman
07.01.2025 09:25
“Milan” futbol klubu “İnter”lə Milan derbisində 0:2 hesabından “geri dönüş” edərək 8-ci dəfə İtaliya Superkubokuna sahib çıxıb.
TodayPress xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın “Əl-Əvval Park” stadionunda keçirilən matç “Milan”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
“Rossoneri”nin heyətində Teo Ernandes, Kristian Pulişiç və Temmi Abraham fərqlənib.
Nəticədə “Milan” 2016-cı ildən bəri ilk dəfə İtaliya Superkubokunu qazanıb.
Ümumilikdə isə komandanın səkkiz belə titulu var. “Milan” bu göstəricidə “İnter”ə çatıb.
Rekord doqquz dəfə kuboku qazanan “Yuventus”a məxsusdur.
Qeyd edək ki, İtaliya Superkuboku ikinci dəfə dörd komandanın iştirakı ilə pley-off sistemi ilə keçirilib. Yarımfinalda “İnter” “Atalanta”nı (2:0), “Milan” isə “Yuventus”u (2:1) turnirdən kənarlaşdırıb.
Namiq HUN
tag: Milan,Kubok,Rekord,İnter,Todaypress.az,