"Milan" fransalı yarımmüdafiəçisinə qiymət qoydu
"Milan" klubu futbolçusu Teo Ernandes üçün 50 milyon avro tələb edir.
TodayPress "Calciomercato"ya istinadən xəbər verir ki, bir neçə Avropa klubunun marağında olan fransalı yarımmüdafiəçi yanvarda Milan təmsilçisindən ayrıla bilər.
Ernandesin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
27 yaşlı futbolçu ilə "Real Madrid" və "Mançester Yunayted" klubları maraqlanır.
Qeyd edək ki, Teo Ernandes 2019-cu ildən "Milan"da çıxış edir. O, cari mövsümdə meydana çıxdığı 17 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Milan,Teo Ernandes,Avropa,Real Madrid,Mançester Yunayted,todaypress.az,