“Milan” fransalı müdafiəçisini itirdi
İdman
08.10.2024 18:50
"Milan" klubunun futbolçusu Teo Hernandes iki oyunluq diskvalifikasiya edilib.
TodayPress A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, buna arxa xətt oyunçusunun İtaliya çempionatının VII turunda “Fiorentina”ya qarşı matçda (1:2) baş hakimə qarşı kobud davranışı səbəb olub.
Referinin qərarlarından narazı qalan futbolçu onu sərt şəkildə tənqid edib.
27 yaşlı futbolçu A Seriyasında, "Udineze" və "Bolonya" ilə qarşılaşmalarda “Milan”a kömək edə bilməyəcək.
Namiq HUN
tag: Milan,Teo Hernandes,Fiorentina,A Seriyası,İtaliya ,todaypress.az,