“Milan” Fonseka ilə vidalaşmaq qərarına gəldi

İdman

20.12.2024 12:29

“Milan” futbol klubu baş məşqçisi Paulu Fonsekanı istefaya göndərməyi planlaşdırır.

TodayPress xəbər verir ki, Milan təmsilçisi artıq yeni çalışdırıcının axtarışına başlayıb.

Nəticələrdən narazı olan klub rəhbərliyi Fonsekanın əvəzinə yerli mütəxəssis dəvət etməyi düşünür. Baş məşqçi postunu tutmağa əsas namizədlər Maurisio Sarri və Roberto Mançinidir. Rəhbərlik Massimiliano Alleqri variantını da nəzərdən keçirir.

Qeyd edək ki, “Milan” A seriyasının 15 oyunundan sonra 23 xalla 8-cidir.

Namiq HUN

tag: Paul, Fonsek,Futbol,Milan, todaypress.az,