“Milan” Fabreqasa “elçi düşdü”
İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas karyerasını “Milan”da davam etdirə bilər.
TodayPress “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, ispaniyalı məşqçi “rossoneri”lərin hazırki çalışdırıcısı Serxio Konseysaunu əvəz etməyə əsas namizəddir.
Milan təmsilçisinin rəhbərliyi Fabreqasla yanaşı Mauritsio Sarri və Roberto de Zerbi variantını da nəzərdən keçirir.
Namiq HUN
tag: Fabreqas,Milan,Komo,Futbol,Todaypress.az,