Milan derbisində tilsim qırıldı

İdman

23.09.2024 10:41

Futbol üzrə İtaliya A Seriyasının V turu "İnter" - "Milan" derbisi ilə əlamətdar olub. 

TodayPress xəbər verir ki, “Cüzeppe Meatsa” qarşılaşmasında "Milan" 2:1 hesablı qələbə qazanıb. 

“Milan”ın heyətində Kristian Pulişiç və Matteo Qabbia fərqləniblər. “İnter”in yeganə qolunu isə Federiko Dimarko vurub.   

Beləliklə, "Milan" yeddi matçdan sonra ilk dəfə "İnter"ə qalib gəlib. 

Namiq HUN

tag: İtaliya, Cüzeppe Meatsa, Matteo Qabbia ,İnter, Milan, todaypress.az,