“Milan” derbini qazanıb final yüksəldi

İdman

24.04.2025 09:15

11

“Milan” klubu İtaliya kuboku uğrunda turnirin cavab yarımfinal matçında “İnter”i məğlub edərək, finala yüksəlib.   

TodayPress xəbər verir ki, “rossonerilər” 3 cavabsız qolla həlledici mərhələyə vəsiqə qazanıblar. 

Luka Yoviçin dubl etdiyi oyunda Tijani Reynders “İnter”in darmadağınının əsasını qoyub 3:0.   

Komandalar arasındakı ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. 

İkinci finalçının adına “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək. İlk görüşdə “Bolonya” 3:0 hesabı ilə qalib gəlib.   

Final matçı mayın 14-də baş tutacaq.   

Namiq HUN

tag: Milan,Futbol,Qələbə,Final,Todaypress.az,