“Milan” Benasseri itirdi
“Milan” klubunun futbolçusu İsmael Benasser ciddi zədə alaraq 4 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi Əlcəzair millisinin heyətində sıradan çıxıb.
26 yaşlı futbolçu baldır əzələsini zədələyib.
Həkim müayinəsindən sonra Benasserin əməliyyat olunacağı ehtimal edilir.
Namiq HUN
tag: Milan, İsmael Benasser ,Əlcəzair, Həkim, Əməliyyat, todaypress.az,