“Milan” 5 dəqiqəyə 3 qol vurdu

İdman

28.09.2024 10:10

İtaliya A Seriyasında VI tur “Milan” – “Leççe” matçı ilə start götürüb. 

TodayPress xəbər verir ki, “San-Siro"qarşılaşması “rossonerilər”in böyükhesablı qələbəsi ilə başa çatıb. 

"Milan" birinci hissədə matçın taleyinə aydınlıq gətirib. Meydan sahibləri 5 dəqiqə ərzində rəqibi 3 dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. İlk yarının 38-43-cü dəqiqələrində komandanın heyətində Morata, Ernandes və Pulişiç fərqlənib.

Ardıcıl üçüncü qələbəsini qazanan Paolo Fonseka 11 xalla A Seriyasının 2-ci komandasıdır.

Namiq HUN

tag: İtaliya, Milan ,Meydan ,Paolo Fonseka ,Morata ,todaypress.az,