“Milan” 35 il əvvələ qayıtdı
İdman
27.11.2024 12:54
“Milan” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda ilkə imza atıb.
TodayPress xəbər verir ki, “Milan” son üç görüşün hər birində 3 qolla qalib gəlib.
Paulo Fonsekanın komandası “Brügge” və “Real Madrid”in ardınca “Slovan”a da üç qol vurub.Qeyd edək ki, “Milan” 1989-cu ildən bəri ilk dəfə Avropa turnirlərində ardıcıl üç oyunda üç qol vurur. Komanda sonuncu dəfə, 35 il əvvəl finalda Rumıniyanın “Styaua” klubunu məğlub edərək, Çempionlar Kubokunu qazanmışdı.
Namiq HUN
tag: Milan, UEFA, Liqa, Brügge, todaypress.az,