“Milan” 2 ulduzu ilə yollarını ayıracaq
“Milan” klubunun 2 futbolçusu yayda komandadan ayrılacaq.
TodayPress “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Milan təmsilçisi müdafiəçi Teo Hernandeslə müqaviləni yeniləməyəcək.
“Milan” Rafael Leaonu da transferə çıxarmaq istəyir.
25 yaşlı hücumçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun maraq dairəsindədir.
Qeyd edək ki, Hernandesin transfer dəyəri 50, portuqaliyalı Leaonun isə 75 milyon avrodur.
Namiq HUN
tag: Milan,Klub,Teo Hernandes,Rafael Leao,Todaypress.az,