Mikautadze quldurların qurbanı oldu

İdman

02.12.2024 18:59

881

“Lion”un hücumçusu Jorj Mikautadzenin evi qarət edilib.

TodayPress “Actu”ya istinadən xəbər verir ki, gürcüstanlı futbolçunun təxminən 200.000 avro dəyərində əşyası oğurlanıb.

Hadisə Liqa 1-in XIII turunun “Nitsa” ilə oyunundan sonra baş verib.

Evinin qarşısında 24 yaşlı hücumçunu təhdid ediblər. 

İddiaya görə, cinayətkarlardan birinin üzərində silah olub. Hadisə nəticəsində futbolçu xəsarət almayıb. 

İnsidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən həftə “Lion” Avropa Liqasının Liqa mərhələsinin V  turu çərçivəsində Bakıda “Qarabağ”ın qonağı olub. Görüş Fransa təmsilçisinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Fransalı “uşaqlar”a qəbələ gətirən qollardan ikisini Jorj Mikautadze vurub.

Namiq HUN

tag: Liqa,Avropa, Gürcüstan,Jorj Mikautadze, todaypress.az,