Mik Şumaxer “Formula 1”dən qovulacaq?

İdman

09.11.2024 15:30

Mixael Şumaxerin oğlu Mik “Formula 1”dən kənarlaşdırıla bilər.

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, o, bir neçə mövsümdür ki, komandaların birində əsas pilot rolunu ala bilmir.

Mik “Haas” komandasından ayrıldıqdan sonra iki ildir yüksək səviyyədə çıxış etmir. Şumaxeer 2021-ci ildə 19-cu, növbəti ildə isə 16-cı yeri tutub. Amerika komandası zəif nəticələr və bahalı qəzalar səbəbindən onun xidmətlərindən imtina edib.

Mik hazırda Frederik Vesti ilə yanaşı, “Mercedes”in ehtiyat sürücüsüdür.

Şumaxerin oğlunun F1-də perspektivləri son dərəcə pessimist qiymətləndirilir və bəzi nəşrlər artıq sürücünün elit diviziondan kənarlaşdırıla biləcəyini proqnozlaşdırır.


Namiq HUN

tag: Mik Şumaxer, Formula 1, İdman, Mercedes, todaypress.az,