Mihay Stoyka: “Qarabağ” bizimlə bir oteldə olacaq”

İdman

17.12.2024 17:50


Rumıniyanın FKSB klubunun İdarə Heyətinin nümayəndəsi Mihay Stoyka Avropa Liqasının Liqa mərhələsində rəqibləri olan “Qarabağ”ın yanvarda Antalya şəhərində olacağını bildirib.

TodayPress “Sport.ro” portalına istinadən xəbər verir ki, bu barədə rumıniyalı funksioner ölkəsinin mətbuatına açıqlamasında deyib: 

“Biz yanvarın 12-də təlim-məşq toplanışı çərçivəsində Antalyada Ukraynanın “Dinamo Kiyev” klubu ilə yoldaşlıq oyunu keçirəcəyik. Qeyri-rəsmi olmasına baxmayaraq, bizi vacib oyun gözləyir. Yəqin ki, “Qarabağ”ın məşqçiləri və futbolçuları bizimlə bir oteldə qalacaqları üçün tribunada olacaqlar. Bu, həqiqətən gülməlidir”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın Suraxanıdakı bazasında qış təlim-məşq toplanışı keçirəcəyi bildirilib. 

Avropa Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində baş tutacaq “Qarabağ” - FKSB oyunu yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Namiq HUN

tag: Suraxanı ,Qış ,Antalya, Qarabağ, todaypress.az,