Meydanda inqilab: Qapıçılara əlləri ilə oynamağa necə icazə verildi?
Çoxları təəccüblənəcək, amma əvvəlcə hətta qapıçılara da futbolda əlləri ilə oynamaq qadağan edilmişdi.
TodayPress xəbər verir ki, qapıçılarla digər oyunçular arasındakı fərqi yalnız onların meydandakı mövqeyi müəyyənləşdirirdi.
Bu, 1863-cü ilə qədər, İngiltərədə ilk futbol qaydaları rəsmi olaraq tətbiq olunana qədər davam etdi.
Onların orijinal versiyasında qapıçılara topu meydanın bütün yarısında idarə etməyə icazə verilirdi.
1912-ci ildə "sahiblik zonası" cərimə meydançası ilə məhdudlaşdı. 1992-ci ildə isə qapıçılara öz oyunçusunun ötürməsindən sonra topu ələ götürmək qadağan edildi.
Sonra daha bir məhdudiyyət yarandı: topu ələ götürdükdən sonra qapıçı onu 6 saniyə ərzində oyuna daxil etməlidir.
Namiq HUN
tag: Qapıçılar, Top, Əllə, Sahiblik Zonası, İngiltərə, todaypress.az,