Mesut Özil Azərbaycana gəlir

İdman

09.10.2024 11:40

2392

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Mesut Özil Azərbaycana gələcək.

TodayPress xəbər verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.

Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

Qeyd edək ki, arenaya giriş sərbəst olacaq.

Nərmin Tuncay

tag: Real Madrid ,Azersun Arena, Tədbir, Bakı ,Albaniya ,todaypress.az,