Messiyə keçmiş komanda yoldaşı rəhbərlik edəcək
İdman
23.11.2024 09:48
ABŞ-nin “İnter Mayami” futbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Mayami klubunu Argentina U-20 millisinin baş məşqçisi Xavyer Maskerano çalışdıracaq. Onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Xavyer Maskerano “İnter Mayami”nin kapitanı Lionel Messi ilə Argentina millisində və “Barselona”da komanda yoldaşı olub.
Namiq HUN
tag: Mayami, İnter, ABŞ, Xavyer Maskerano, U-20, todaypress.az,