Messinin uzaqgörənliyi Argentinaya titul qazandırdı

İdman

20.07.2024 12:54

Futbol üzrə Argentina millisinin müdafiəçisi Nikolas Otamendi  Kolumbiya ilə final qarşılaşmasında yaşanan maraqlı hadisə ilə gündəmi zəbt edib.  

TodayPress xəbər verir ki, o, final matçında zədələndikdən sonra Lionel Messinin özünü necə aparmasından danışıb.

“Əlavə vaxtda baş məşqçi planı diktə edərkən Messi bizə yaxınlaşdı. O danışmadı. O, baş məşqçinin dediklərinə qulaq asdı və sonra məşqçiyə Lautaro Martinezin meydana girməsinə icazə verməsini söylədi. Messi Lautaroya müəllimi kimi baxdı və sanki ona deyirdi: “Bu gün imtahan günüdür, sən ondan keçməlisən”. Lautaro meydana çıxdı, qol vurdu və bu uğurunu Messi ilə qeyd etdi, çünki hər şey Leo ilə başlamışdı. Biz Amerika Kubokunu qazandıq və Lautaro bu kuboku Messiyə həsr etdi” deyə Otamendi bildirib.

Xatırladaq ki, Amerika Kubokunun finalında qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Lautaro Martinezin əlavə vaxtda vurduğu qol Argentinaya turnirdə qələbə qazandırıb.

Namiq HUN

tag: Messi, Argentina, Lautaro, Amerika, Məşqçi,todaypress.az,