Messinin qazana bilməyəcəyi trofey

İdman

27.07.2024 11:24

813

Rakitic Messinin heç vaxt qazana bilməyəcəyi bir kubokun adını çəkib. 

TodayPress xəbər verir ki, Xorvatiya millisinin və "Barselona" klubunun keçmiş yarımmüdafiəçisi, hazırda "Hajduk"da çıxış edən İvan Rakitiç argentinalı ulduz futbolçu Lionel Messi ilə bağlı zarafatından danışıb.

"Mən Messiyə dedim ki, sən hər şeyi qazandın, amma mən heç vaxt sahib ola bilməyəcəyin bir kubok qazandım..Sən heç vaxt Avropa Liqasını qazana bilməyəcəksən" Rakitic bildirib. 

Xatırladaq ki, Messi 2005-2021-ci illərdə "Barselona" klubunda çıxış edib. O, bu müddət ərzində bütün turnirlərdə 778 matçda iştirak edib. Leo bu görüşlərdə 672 qol vurub və 303 məhsuldar ötürmə edib. 

Argentinalı hücumçu 2021-ci ildən PSJ-də çıxış edib. 2023-cü ilin yayında Messi azad agent kimi ABŞ-nin “İnter Mayami” klubuna keçib. 

Namiq HUN

tag: Messi, Argentina, Barselona, PSJ, ABŞ, todaypress.az,