Messinin mum heykəli yerləşdirildi
ABŞ-nin Orlando şəhərindəki "Madam Tüsso" muzeyində argentinalı futbolçu Lionel Messinin mumdan hazırlanmış heykəli yerləşdirilib.
TodayPress muzeyin saytına istinadən xəbər verir ki, hücumçunun heykəli “İnter Miami” formasında, əlləri yuxarı qaldırılmış vəziyyətdə təsvir olunub.
Qeyd edək ki, 37 yaşlı futbolçu 2023-cü ildə MLS təmsilçisinə transfer olunub. Messi “İnter Mayami”nin klub tarixində ən çox qol vuran futbolçusudur.
Namiq HUN
tag: ABŞ, Madam Tüsso, MLS, İnter Mayami, todaypress.az,