Messidən vida açıqlaması

İdman

12.06.2024 23:35

Argentinalı futbolçu Lionel Messi karyerasını bitirəcəyi klubun adını açıqlayıb.

TodayPress xəbər verir ki, 36 yaşlı forvard karyerasını Amerika Birləşmiş Ştatlarının "İnter Mayami" klubunda başa vuracağını bildirib.

“Bəli, İnter Mayami mənim son klubum olacaq. Bu, mənim bugünkü son klubumdur. Mən futbol oynamağı sevirəm və bundan daha çox həzz alıram, çünki daha az vaxt qaldığını başa düşürəm” Messi deyib.

Qeyd edək ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. O, bu müddət ərzində bütün turnirlərdə 29 matçda iştirak edib, 25 qol vurub, 16 məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalında hücumçunun bazar dəyəri 30 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Messi, Amerika, İnter, Avro, todaypress.az,