Messi velosiped biznesinə başlayır

İdman

25.11.2024 12:30

Argentina millisinin və ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi velosiped biznesinə başlayır.

TodayPress "Relevo" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu layihəni adı hələlik açıqlanmayan məşhur velosipedçi ilə birlikdə gerçəkləşdirməyi planlaşdırır. 

Dünyanın ən yaxşı velosipedləri ilə müqayisə edilə biləcək modelin qiyməti 10-15 min avro aralığında dəyişəcək.

Namiq HUN

tag: Messi,Velosiped, Biznes,ABŞ, İnter Mayami, todaypress.az,