Messi və Ronaldo ilk üçlüyə düşmədilər

İdman

03.12.2024 05:00

1164

“GiveMeSport” futbol tarixinin əfsanəvi şəxslərinin reytinq cədvəlini dərc edib.

TodayPress xəbər verir ki, siyahının lideri “Qızıl top”un üçqat qalibi, əfsanəvi Yohan Kroyffdur. 

Üç dəfə dünya kubokunu qazanan yeganə futbolçu olan braziliyalı Pele sıralamanın ikincisidir. 

Almaniya millisinin sabiq müdafiəçisi Frans Bekkenbauer isə ilk üçlüyü tamamlayır.

“Qızıl top”un rekordçusu Lionel Messi dördüncü yerdədir. Portuqaliyalı ulduz Kriştiano Ronaldo isə əfsanələr reytinqində beşinci sırada qərar tutub.

Qeyd edək ki, ilk onluqda həmçinin Dieqo Maradona, Pep Qvardiola, Alfredo di Stefano, Ferens Puşkas və Aleks Ferqyuson da yer alıb.

Namiq HUN

tag: Messi, Ronaldo, Frans Bekkenbauer, Reytinq, todaypress.az,