Messi tarixin ən yaxşı futbolçusu seçildi
İdman
18.10.2024 12:38
Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi tarixin ən çox mükafat alan futbolçusu kimi mükafata layiq görülüb.
TodayPress xəbər verir ki, İspaniyanın "Marca" nəşri 37 yaşlı forvarda futbol sahəsindəki uğurlarını qiymətləndirərək xüsusi mükafat təqdim edib.
Qeyd edək ki, Messi 2023-cü ilin yay transfer pəncərəsində “İnter Mayami”yə keçib.
Xatırladaq ki, Messi Argentina millisi ilə 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub. Forvard həmçinin 8 dəfə "Qızıl top"a layiq görülüb.
Namiq HUN
tag: Argentina,Messi, Marca, Qətər, Qızıl Top, todaypress.az,