Messi “qızıl ayaq” mükafatını qazana bilər

İdman

15.10.2024 17:25

893

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi “qızıl ayaq” mükafatına namizəd olan 10 nəfərdən biridir. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, “qızıl ayaq” 2003-cü ildən 28 yaşdan yuxarı yaş kateqoriyasında ən yaxşı oyunçulara verilən mükafatdır. 

Hər bir futbolçu bu mükafatı karyerasında yalnız bir dəfə qazana bilər.

Lionel Messi 2024-cü ildə bu mükafat uğrunda Harri Keyn, Neymar, Kevin de Bruyne, Vircil van Dayk, Tomas Müller, Kərim Benzema, Lautaro Martines, Antuan Qrizmann və Marko Verratti ilə mübarizə aparacaq. 

Xatırladaq ki, Kriştiano Ronaldo “qızıl ayaq” mükafatını 2020-ci ildə, “Yuventus”da oynadığı zaman qazanıb. 

Namiq HUN

tag: Messi ,Qızıl Ayaq ,Lionel Messi ,Kriştiano Ronaldo ,Argentina, Mayami ,todaypress.az,