Messi qərar verdi
İdman
13.11.2024 10:22
Futbol üzrə Argentina yığma komandasının hücumçusu Lionel Messi klub karyerası ilə bağlı qərarını açıqlayıb.
TodayPress xəbər verir ki, Leo “İnter Mayami” ilə müqaviləsi bitənə qədər MLS klubunda qalacaq.
O, 2025-ci ilin sonunadək ABŞ təmsilçisində çıxış etməyə qərar verib.
Messi 2026-cı il dünya çempionatına daha yaxşı hazır olmaq üçün Şimali Amerikada oynamağı zəruri hesab edir.
Qeyd edək ki, Lionel Messi Mayami təmsilçisinin heyətində meydana çıxdığı 39 matçda 34 qol vurub və 18 assistə imza atıb.
Namiq HUN
tag: Argentina, Mayami, Messi, Amerika, todaypress.az,