Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia
İdman
07.12.2024 17:35
"Qalatasaray"ın skaut komandası müqaviləsi 2025-ci ildə başa çatacaq futbolçularla bağlı transfer hesabatı hazırlayıb.
TodayPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hesabatda ən çox diqqət çəkən ad Lionel Messi olub. Bildirilib ki, Messi 2026-cı il dünya çempionatında oynamaq istəyir və bu səbəbdən müqaviləsi 2025-ci ildə başa çatdıqdan sonra bir mövsüm Avropada oynamağı düşünə bilər.
"Qalatasaray"ın bu fürsətdən yararlana biləcəyi irəli sürülüb. "Qalatasaray"ın bu şərtləri yerinə yetirə biləcəyi, təbii ki, belə bir vəziyyətdə ilk seçimin "Barselona"nın olacağı, Avropa nəhənglərinin də Messinin ətrafında olacağı qeyd edilib.
Messinin çətinliyi orta olan ölkəni seçəcəyi qeyd edilib.
tag: Qalatasaray ,Messi, Hesabat, İddia ,todaypress.az,