Messi mühafizəsiz qaldı
ABŞ Milli Futbol Liqası (MLS) Messinin qoruyucusu Yassin Çeukoya qadağa qoyub.
TodayPress xarici mətbuata istinadən xəbər verir ki, o, Messi oynadığı matçlarda meydana çıxa bilməyəcək.
Çeukoya açıqlamasında bu qərara etirazını bildirib:
“Mən 20 aydır ABŞ-də işləyirəm. Bu müddətdə 16 nəfər meydana qaçıb. Problem mən deyiləm. Mənə Messini qorumağa icazə verin”.
Qeyd edək ki, Yassin Çeuko argentinalı ulduz futbolçunu qoruduğuna görə, aylıq 60 min dollar qazanır.
Namiq HUN
(“Qafqazinfo”)
tag: Messi,Mühafizəçi,Yassin Çeuko,Qadağa,Todaypress.az,