Messi MLS-in iddialıları arasında
ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər məlum olub
TodayPress xəbər verir ki, "İnter Mayami" klubunun ulduz hücumçusu Lionel Messinin də adı namizədlər siyahısındadır.
Leo Mayami təmsilçisinin sıralamadakı tək üzvü deyil. Argentinalı hücumçunun komanda yoldaşı Luis Suares də MLS-də mövsümün oyunçusu mükafatına iddialılar arasındadır.
Tam siyahı 34 namizəddən ibarətdir.
Qeyd edək ki, Messi MLS-in müntəzəm mövsümündə meydana çıxdığı 18 matçda 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Suares isə Leodan fərqli olaraq 26 matçda forma geyinib. Uruqvaylı mərkəz hücumçusu bu görüşlərdə 18 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: İnter Mayami ,Hücumçu ,Luis Suares ,MLS ,Messi ,todaypress.az,