Messi komandasını yarımfinala yüksəltdi

İdman

10.04.2025 10:32

8

Lionel Messi “İnter Mayami” klubunu Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunun yarımfinal mərhələsinə çıxarıb.   

TodayPress xəbər verir ki, ABŞ təmsilçisi 1/4 finalın cavab oyununda “Los Anceles”lə qarşılaşıb.   

“İnter Mayami”nin 3:1 hesablı qələbə qazandığı matçda argentinalı ulduz futbolçu dubl edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. 

Nəticədə ilk görüşdə 0:1 hesabı ilə uduzan Mayami təmsilçisi turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

“İnter Mayami” yarımfinalda Kanadanın “Vankuver” klubu ilə qarşılaşacaq.   

Namiq HUN

tag: Messi,Futbol,İnter Mayami,Yarımfinal,Todaypress.az,