Messi “İnter Mayami”dən ayrılmağa qərar verdi

İdman

26.09.2024 13:42

Argentinalı hücumçu Lionel Messi mövsüm sonu “İnter Mayami”dən ayrıla bilər. 

TodayPress xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. 

Forvard futbolda ilk addımlarını atdığı “Nyuells Old Boyz” klubuna qayıtmaq niyyətindədir. 

Argentina futbolunun əfsanəsi 1995-ci ildən 2000-ci ilə qədər “Nyuells Old Boyz”da beş il çıxış edib. 

O, hələ 2016-cı ildə ispan jurnalı “El Paneta”ya müsahibəsində, “sabah Argentinaya qayıtsam, onu çox sevirəm, oynayacağım klub “Nyuells Old Boyz” olacaq" deyib. 

Leo Argentina təmsilçisinə keçib karyerasını orada bitirmək niyyətindədir. 

Qeyd edək ki, Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Onun Amerika klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq. 

Namiq HUN

tag: Argentina ,Lionel Messi, İnter, Nyuells Old Boyz, El Paneta ,todaypress.az,