Messi hakimi təhqir etdi
İdman
15.11.2024 13:35
ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində qarşılaşdıqları Paraqvay ilə matçın baş hakimini təhqir edib.
TodayPress “RMC Sport”a istinadən xəbər verir ki, hücumçu qayda pozuntusundan sonra rəqib futbolçunun cəzalandırılmasını tələb etsə də, hakim fərqli qərar verib.
Qəzəblənən Messi hakimə özünü biabır etdiyini və ondan xoşu gəlmədiyini deyib.
Qeyd edək ki, görüş Paraqvay yığma komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Messi, Hakim, Təhqir,İnter Mayami, todaypress.az,