Messi ətraf mühit fəallarını məhkəməyə verdi
İdman
17.08.2024 14:53
Lionel Messi İbitsadakı evinə boya tökən ətraf mühit fəallarından 50 min avro tələb edir.
TodayPress “El Espanol”a istinadən xəbər verir ki, aksiyanın keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürən təşkilat 50 min avro məbləği dəyən zərərlə qeyri-mütənasib hesab edir.
İddia ərizəsində futbolçunun tərəfi qrupu zərər vurmaqda günahlandırıb.
Ətraf mühit təşkilatının mətbuat katibi Bilbo Bassaterra, "evi yenidən rəngləməli olsaq belə, işin dəyəri 50 min avro olmayacaq" deyib.
Qeyd edək ki, tədbirdən məqsəd “iqlim böhranı zamanı zənginlərin məsuliyyəti”nə diqqət çəkmək olub. İbitsa aksiyasından iki gün sonra tədbirdə iştirak edən üç fəal həbs edilib.
Namiq HUN
tag: Lionel Messi,Bilbo Bassaterra,İbitsa,Aksiya, todaypress.az,