Messi əfsanəni yad etdi

İdman

26.11.2024 13:07

Argentina millisinin və “İnter Mayami” futbol klubunun kapitanı Lionel Messi sosial şəbəkələrdə Maradonanın vəfatının 4-cü ilinə həsr olunmuş paylaşım edib.

TodayPress xəbər verir ki, o, “El Grafico” jurnalının Meksika mundialında argentinalıların kapitanına həsr olunan xüsusi buraxılışının üz qabığını “əbədi” sözü və “Asteka”da ona təqdim edilən kubokun fotosunu izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında dünyasını dəyişib. Əfsanənin ölümünün rəsmi səbəbi ürək dayanması kimi göstərilib. Maradonanın ölümündə 8 tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.

Namiq HUN

tag: İnter Mayami, Maradona, Argentina, Meksika, Asteka, todaypress.az,