Messi dünyanın ən yaxşı pleymeykeridir

İdman

26.10.2024 16:35

Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 2024-cü ildə "Dünyanın ən yaxşı oyun qurucusu" mükafatını alıb.

TodayPress xəbər verir ki, o, ən yaxşı pleymeyker adına iddia edən 14 namizədi üstələyib. 

ABŞ-nin “İnter Mayami” klubunun argentinalı ulduzu səsvermədə “Mançester Siti” klubundan Kevin De Bruyne ilə İlkay Gündoğanı, “Mançester Yunayted”dən Brunu Fernandeşi, “Arsenal”dan Martin Edeqoru, “Vest Hem”dən Məhəmməd Kudusu, İtaliya “İnter”indən Hakan Çalhanoğlunu, “Milan”dan Yunus Musahı, “Real Madrid”dən Cud Bellingemi, karyerasını başa vurmuş Toni Kroosu, “Barselona”dan Dani Olmonu, “Rayo Valyekano”dan Xames Rodriqesi, “Bavariya”dan Camal Musialanı, “Bayer 04”dən Florian Virtsi və PSJ-dən Li Kan İni geridə qoyub. 

Qeyd edək ki, Messi mükafatı artıq beşinci dəfədir qazanır.

Xatırladaq ki, 2023-cü ildə bu mükafata Kevin De Bruyne layiq görülüb.

Namiq HUN

tag: Messi, Dünya, ABŞ, İnter Mayami, Milan, todaypress.az,