Messi-dən MLS rekordu

İdman

02.06.2024 15:03

“İnter Mayami” Şimali Amerika Böyük Futbol Liqası (MLS) matçında “Sent-Luis Siti” ilə bərabərə qalıb. TodayPress xəbər verir ki, "İnter Mayami"nin doğma stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qollarını Lionel Messi (25-ci dəqiqə), Luis Suares (45+2) və Xordi Alba (85) vurub. Messi həmçinin Suaresə assistentlik edib və mövsümün ilk 12 matçında 25 məhsuldar ötürmə (12 qol və 13 məhsuldar ötürmə) olmaqla MLS-də yeni rekorda imza atıb. Əvvəllər bu göstəriciyə ən tez 2019-cu ildə 16 oyunda 25 məhsuldar ötürmə edən Karlos Vela nail olub. 

Şərq Konfransının turnir cədvəlinə 35 xalla "İnter Mayami" başçılıq edir. 


Namiq HUN

tag: İnter Mayami,Şimali Amerika Böyük Futbol Liqası, MLS,Sent-Luis Siti,Lionel Messi, İdman, Football, todaypress.az,