Messi büdrəsə də, Argentina yarımfinala bileti “lotoreya”da qazandı

İdman

05.07.2024 10:23

Futbol üzrə Argentina yığma komandası Amerika kubokunda yoluna davam edir. 

TodayPress xəbər verir ki, “Albiceleste” pley-offda Ekvador yığması ilə qarşılaşıb. Lisandro Martines 35-ci dəqiqədə Argentina millisini hesabda irəli çıxarıb 1:0. Ekvador yalnız Kevin Rodrigesin 90+1-ci dəqiqə qolu ilə oyunda status-kvonu bərpa edib 1:1. Cütün qalibi penaltilər seriyasında müəyyənləşib. 

Bu dəqiqələrdə maraqlı anlar yaşanıb. Lionel Messi penaltini dəqiq yerinə yetirə bilməyib. Argentinalı ulduz futbolçu penaltilər seriyasında Panenka zərbəsi vurmağa çalışsa da, top qapı tirinə dəyərək meydanı tərk edib. 

Buna baxmayaraq, Argentina qələbə qazanaraq yarımfinala adlamağı bacarıb.

Namiq HUN

tag: Messi, Argentina, Yarimfinal,Amerika, Kubok, todaypress.az,