Messi bombardirlər siyahısında ikinci oldu
İdman
16.10.2024 13:05
Argentinalı hücumçu Lionel Messi milli komandada ən çox qol vuran futbolçuların siyahısında ikinci pilləyə yüksəlib.
TodayPress xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində Boliviyaya qarşı oyun Leo üçün uğurlu olub.
O, Argentina yığmasının heyətində het-trikə imza atmaqla bombardirlər siyahısında ikinci olub.
Hazırda Messinin hesabında 112 qol var. O, iranlı Əli Daeni (108) geridə qoyub.
Qeyd edək ki, millidə ən çox qol vuran futbolçuların siyahısına 133 qolla Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo başçılıq edir.
Namiq HUN
tag: Argentina ,Messi ,İran ,Əli Daeni,Portuqaliya, todaypress.az,