Messi bir milyard avrodan imtina etdi

İdman

26.08.2024 17:23

“Əl-Hilal” ötən yay argentinalı hücumçu Lionel Messiyə müqavilə təklif edib.

TodayPress xəbər verir ki, Forvard Səudiyyə Ərəbistanı təmsilçisində bir milyard avroya çata biləcək illik qazancdan imtina edib.

Ötən mövsüm “qızıl dubl”a imza atan klubun təklifinin əsasını 15-20 milyon avrodan ibarət həftəlik maaş və  bonuslar təşkil edib. 

Qeyd edək ki, Messinin “Barselona”dakı keçmiş komanda yoldaşları Neymar və Malkolm Səudiyyə Ərəbistanı komandasında çıxış edirlər. 

Leo özü isə hazırda “İnter Mayami”nin şərəfini qoruyur. 

Namiq HUN

tag: Lionel Messi ,Əl-Hilal, Səudiyyə Ərəbistan, Forvard, Barselona, todaypress.az,