Messi Avropaya qayıda bilər

İdman

11.01.2025 12:30

1911

"İnter Mayami" və Lionel Messi yeni müqavilə ilə bağlı razılığa gəliblər.

TodayPress xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Yeni müqavilədə Messinin mövsümlərarası fasilədə Avropa klubuna icarəyə verilməklə Böyük Futbol Liqasında (MLS) yüksək formaya qayıtmasına imkan verən bənd daxil ediləcək. Müqavilə 2026-cı ilin sonuna qədər qüvvədə olacaq.

Messi 2023-cü ilin yayında MLS-də çıxış edən “İnter Mayami”yə keçib. Ötən il avqustun 20-də argentinalı futbolçu Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.

2022-ci ilin dekabrında isə Messi Argentina millisi ilə dünya çempionu olub. O, millinin heyətində də 100-dən çox qol vurub.

Töhfə Səməd

tag: Messi ,Avropa ,Amerika ,Kubok ,todaypress.az,