Messi ABŞ çempionu oldu
İdman
03.10.2024 10:40
“İnter Mayami” klubu MLS-də müntəzəm mövsümün qalibi olub.
TodayPress xəbər verir ki, Lionel Messi karyerasında 46-cı titula sahib çıxıb.
“İnter Mayami” “Kolambus Kryu” üzərində 3:2 hesablı qələbədən sonra bu uğura nail olub.
Mövsümün sonuna iki tur qalmış Mayami təmsilçisi ən yaxın izləyicisini 11 xal qabaqlayır.
Bununla da Leo və komandası müntəzəm çempionatın qalibinə verilən “Supporters Shield” mükafatını təmin edib.
Qeyd edək ki, argentinalı forvard ötən il “İnter Mayami” ilə Liqalar kubokunu qazanıb.
Namiq HUN
tag: Messi ,ABŞ, Kolambus Kryu, Mayami ,Çempion, İnter, todaypress.az,