Məşqçinin dili başına bəla oldu
“Neftçi”nin U-19 komandasının baş məşqçisi Emin Mustafayev diskvalifikasiya olunub.
TodayPress xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.
O, AFFA Gənclər Liqasında keçirilən “Neftçi” – “Qarabağ” oyununun son dəqiqələrində meydana daxil olaraq hakimin qərarına kəskin etiraz edib.
Bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılan Emin Mustafayev 2 oyunluq diskvalifikasiya olunub.
Namiq HUN
tag: Neftçi,U19,Emin Mustafayev,Cəza,Todaypress.az,