Məşqçi və idmançıların titulları əllərindən alındı
Ukraynanın Gənclər və İdman Nazirliyi bir sıra idmançıları və məşqçiləri müxtəlif titullardan məhrum edib.
TodayPress xəbər verir ki, Rusiyanı dəstəkləyən və ya Ukrayna qanunvericiliyini pozan bir sıra idmançı və məşqçinin “İdman ustası” və “Əməkdar məşqçi” idman titulları ləğv edilib.
Futbol üzrə Ukrayna yığmasının sabiq yarımmüdafiəçisi Anatoli Timoşukdan “Əməkdar idman ustası” və “Ukraynanın idman ustası” titulları alınıb.
Məşhur şahmatçı Sergey Karyakin də oxşar titullardan məhrum edilib.
“Dinamo”nun və Gürcüstan millisinin sabiq futbolçusu Kaxa Kaladze “Ukraynanın beynəlxalq dərəcəli idman ustası” titulundan, həmçinin avarçəkmə üzrə Ukrayna çempionu Larisa Jalinska, karateçi Yevgeni Pilipyuk, onun həyat yoldaşı Darya Pilipyuk və başqaları müxtəlif idman titullarından məhrum ediliblər.
“Qafqazinfo”
Namiq HUN
tag: Anatoli Timoşuk,Kaxa Kaladze,Sergey Karyakin,Məhrum,Todaypress.az,