Məşqçi Parisin Olimpiya kəndində öldü
İdman
27.07.2024 21:37
Samoalı boks üzrə məşqçi
Lionel Elika Parisin Olimpiya kəndində 61 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu
barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məşqçiyə təcili tibbi yardım
göstərilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
“Paris Olimpiadası zamanı faciəvi
şəkildə dünyasını dəyişən Samoanın boks üzrə məşqçisi Lionel Elikanın ailəsinə,
dostlarına və həmkarlarına başsağlığı veririk. Lionelin idmana olan fədakarlığı
və həvəsi boks ictimaiyyətində silinməz iz qoyub” deyə Beynəlxalq Boks
Assosiasiyasının bəyanatında bildirilir.
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.
tag: Paris-2024, Olimpiada, Məşqçi, Lionel Elika, todaypress.az,