Məşhur velosipedçi həyatını itirdi

İdman

02.12.2024 12:26

Nüfuzlu Avropa veloturlarının dəfələrlə qalibi olan Kreşentso D’Amore faciəvi şəkildə ölüb.

TodayPress xəbər verir ki, məşhur velosipedçinin avtomobili Neapol yaxınlığında yol qəzasına düşüb.

Kreşentso sürüşkən yolda avtomobilin idarəetməsini itirib. 45 yaşlı D’Amorenin hərəkət edərkən infarkt keçirə biləcəyi versiyası da nəzərdən keçirilir. 

Qeyd edək ki, Kreşentso D’Amore peşəkar karyerasına 2000-ci ildə başlayıb. O, xərçəng diaqnozu səbəbindən karyerasını bitirmişdi. 

Namiq HUN

tag: Velosiped, Neapol, Avropa, Kariyera, İnfarkt, todaypress,