Məşhur UFC döyüşçüsü dopinq testdən keçdi
İdman
25.09.2024 15:15
Ən çox dopinq testdən keçən UFC döyüşçüsü Konor Makqreqor yoxlamaların nəticəsini açıqlayıb.
TodayPress xəbər verir ki, UFC-nin yüngül və orta çəki dərəcələrində yarışan məşhur irlandiyalı döyüşçü laboratoriyadan aldığı məktubu təqdim edib.
“Hörmətli Konor Makqreqor, 13 sentyabr 2024-cü ildə təqdim etdiyiniz E004244 nömrəli (sınaq) nümunəsinin laboratoriyada mənfi nəticə verdiyini sizə bildirməkdən məmnunuq. UFC-də təmiz idmanın dəstəklənməsinə verdiyiniz töhfəyə görə təşəkkür edirik” məktubda yazılıb.
Makqreqor bu anı qaçırmayıb və dopinq testinin nəticəsini şərh edib. O, məktuba imza ataraq sosial şəbəkələrdəki səhifəsində paylaşaraq, döyüş tarixini almağa layiq olduğunu vurğulayıb.
Namiq HUN
tag: UFC, Konor Makqreqor ,Dopinq ,Nəticə ,Test ,todaypress.az,