Məşhur tennisçi qarət olundu
İdman
21.01.2025 09:20
ABŞ-nin sabiq tennisçisi Pem Şrayverin kubokları olan avtomobili oğurlanıb.
TodayPress xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
62 yaşlı Şrayver hadisənin Los-Ancelesdəki yanğın zamanı baş verdiyini yazıb:
“Oğlumla polis idarəsindəyik. Yanğın başlayanda qaldığımız otelin dayancağından maşınımız oğurlanıb. Evə sağ-salamat qayıdana qədər mənim əsas kuboklarım məhz bu avtomobildə idi”.
Xatırladaq ki, Pem Şrayver 1997-ci ildə karyerasını bitirib. 21 “Böyük Dəbilqə” çempionluğu qazanan tennisçi, 1988-ci il Seul Olimpiadasının qalibi olub.
Namiq HUN
tag: Pem Şrayver,Kubok,ABŞ,Tennisçi,Todaypress.az,